parallax background

Əsmər Məmmədova

Əsmər Məmmədova

Əsmər Məmmədova bakalavr pilləsi üzrə təhsilini Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsində almışdır. O, daha sonra Azərbaycan Dillər Universitetinin Magistratura və Doktarantura fakültəsində “Dilşünaslıq (ingilis dili)” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Təhsil müddətində ixtisası ilə bağlı bir sıra seminar və konfransların fəal iştirakçısı olmuş, müxtəlif vaxtlarda təhsil müəssisələrində müəllim və moderator kimi çalışmışdır. Müəllim eyni zamanda IELTS sertifikatını (7.5) əldə etmişdir. Əsmər Məmmədova hal- hazırda BLBS tədris mərkəzində ümumi ingilis dili müəllimi kimi çalışır.