parallax background

Gülnarə Əliyeva

Gülnarə Əliyeva 

 Gülnarə Əliyeva  1991-ci ildə M. F. Axundov adına  Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (2000-ci ildən isə Bakı Slavyan Universiteti) bitirmişdir.

 Bir müddət Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetində müəllimə kimi fəaliyyət  göstərmişdir.  Hazırda BSU-nin dissertantıdır, “F. M. Dostoyevskinin və H. Cavidin yaradıcılığında humanizm problemi” mövzusunda dissertasiyanın müdafiəsi ərəfəsindədir. 

 Gülnarə Əliyeva 2-ci Ümumdünya Rus dili festivalının final iştirakçısıdır. (Sankt –Peterburq 20-22 noyabr, 2014-cü il).

 Bir çox beynəlxalq konfrans  və seminarların, eləcə də Beynəlxalq Rus dili və Ədəbiyyat müəllimləri Assosiasiyasının 13-cü Konqresinin,  «Русская грамматика 4.0» adı altında Puşkin adına rus dili və Ədəbiyyatı İnstitutunun  50 illiyinə həsr olunmuş  beynəlxalq simpoziumunun ( Moskva, 13-16 Aprel, 2016-cı il ) iştirakçısı olmuşdur.

 Bu Beynəlxalq elmi tədbirlərdə aşağıdakı məruzələrlə çıxış etmişdir. “Azərbaycanda rus  dilinin xarici dil kimi tədrisi”, “Rus dilinin bədii film və mətn materialları üzərində öyrədilməsi”,  “Video materialların rus dilinin xarici dil kimi tədrisində istifadə edilməsi” və s.

 

 2015-ci ildə Puşkin adına Rus dili və Ədəbiyyatı İnstitutunun  “Rus dilinin xarici dil kimi tədrisi” üzrə ixtisasartırma kursunu müvəffəqiyyətlə  tamamlayaraq, professor N. V. Kulibinanın rəhbərliyi altında “Bədii mətnlərin rus dili xarici dil kimi dərsində istifadəsi” mövzusunda yekun  işini müdafiə etmişdir.

 G.Əliyeva daha sonra, 2016-cı ilin iyun ayında Sankt Peterburq  Dövlət Universitetində keçirilən ixtisasartırma kursunu bitirmiş və Rus dilinin xarici dil kimi bilik səviyyəsinin test vasitəsi ilə yoxlanılması səlahiyyətini əldə etmişdir.

2011-ci ildən BLBS tədris mərkəzində rus dilini tədris  edir.