rm-resize

Rəqəmsal marketinq hal-hazırda ən trenddə olan sahələrdən biridir, şirkətlərin birdən-birə rəqəmsal dünyada olmaq istəmələri, bu sahədə mütəxəssislərə olan tələbi artırdı. İlk baxışdan öyrənilməsi sadə görünən bu sahə, əslində bir çox incəliklərə malikdir. Məhz bu səbəbdən sizi bu sahəni ən xırdalıqlarına kimi öyrənmək, praktiki biliklərə sahib olmağa dəvət edirik.

SMM

İnstruktor: Aynur Xankişiyeva

Professional başlanğıc – 2 saat

  • Yerli istifadəçilərin davranışları ilə tanışlıq
  • Şirkətə xas üslubda profil tərtibatının müxtəlif variantlarının nəzərdən keçirilməsi
  • Şirkət haqda sosial şəbəkələrdə yerləşdirilməli olan məlumatlar
  • Linkedin-in bütün imkanlarından düzgün istifadə
  • Sosial şəbəkələrdə texniki göstəriciləri nəzərə alaraq biznes səhifələrin, profillərin, qrupların yaradılması

Kontent marketinq – 4 saat

  • Kontentin növləri
  • Kontent planının tərtib olunması
  • “Planlaşdırılmış” (scheduled) paylaşım alətləri ilə tanışlıq
  • Kontent strategiyanın effektivliyini ölçmək üçün diqqət yetirməli oldugumuz göstəricilər
  • Kommunikasiya alətlərinin (Aksiyalar/konkurslar/flashmoblar) istifadəsi və tətbiqinin mərhələləri
  • Instagram-da tanıtımın işlək yolları və vasitələri (Instagram vitrin, konkurslar, stories, live, hashtag və s.)
  • Müxtəlif növ neqativin neytrallaşdırılma alqoritmləri
  • Reputasiya ilə kompleksli iş prinsipləri
  • İnfluencer-lərlə iş prosesinin incəlikləri

 

Sosial mediada reklam

Facebook reklamları – 1,5 saat

– Facebook Business Manager reklam hesabının qeydiyyatı

– Facebook Pixel yaradılması və istifadəsi

– Hədəf kütləsinə uyğun reklam və Facebook Lead Ads-in tənzimlənməsi

– Reklam kampaniyalarının idarə edilmə prinsipləri

– Auditoriyalarla necə işləməli və placement-in tənzimlənməsi

– Linkedin reklam hesabının qeydiyyatı

– Hədəf kütləyə uyğun reklam yaradılması

Instagram reklamları – 1 saat

– Hesabın idarə edilməsi

– Instagram reklam hesabının Facebook Business Manager üzərindən tənzimlənməsi

– Instagram üzərindən reklamın yaradılması

– Instagram analytics-də effektivliyin analiz edilməsi

Linkedin reklamları – 1 saat

– Linkedin reklam hesabının qeydiyyatı

– Hədəf kütləyə uygun reklam yaradılması

– Linkedin üzərindən reklamın sıfırdan tənzimlənməsi

Effektivliyin ölçülməsi – 1,5 saat

  • Reklam kampaniyasının analizi zamanı diqqət yetirməli olduğumuz əsas məqamlar
  • Reklam kampaniyalarına dair hesabatların formalaşdırılması üçün lazım olan tələblər
  • Dinamik remarketinq üçün məlumatların toplanmasında istifadə edilən vasitələr
  • Google Tag Manager alətinin köməyi ilə remarketinqin avtomatlaşdırılması üzrə praktiki vərdişlər

 

GOOGLE

İnstruktor: Aynur Xankişiyeva

İlkin anlayışlar – 2 saat

  • Yerli Google istifadəçilərinin xüsusiyyətləri ilə tanışlıq
  • Bütün reklam növlərinin öyrənilməsi
  • Google Adwords platformasında sizə uyğun reklam növünün müəyyənləşdirilməsi
  • Qeydiyyat üçün bütün etapların tamamlanması
  • Search, Display, Youtube, tətbiqetmələr və digər platformalarda reklam yerləşdirilməsinin mərhələləri.

İlkin analiz – 2 saat

  • Google Adwords-lə Google Analyitics-in bağlanması
  • Google Analytics alətinin köməyi ilə remarketinqin avtomatlaşdırılması üzrə praktiki vərdişlər
  • Reklam kampaniyalarına dair hesabatların formalaşdırılması üçün tələblər

 

İMTAHAN

SEO

İnstruktor: Elməddin Yusifli

İlkin anlayışlar – 2 saat

  • SEO nədir və niyə bu qədər önəmlidir
  • Orqanik trafiki dəyərli edən səbəblər
  • On-page və off-page SEO nədir və onları fəqləndirən xüsusiyyətlər
  • SEO strategiyasının hazırlanması
  • Düzgün açar sözlərin müəyyən edilməsi

SEO-ya təsir edən amillər – 2 saat

  • SEO nəticəsinə təsir edən amillər
  • Həmin amillərin optimizasiya edilməsi

SEO audit – 2 saat

  • İlk dərsdə keçirilənlərə əsasən SEO auditi

 

İMTAHAN – PRAKTİKİ TAPŞIRIQ

Bir neçə veb-səhifənin SEO optimizasiya edilməsi

 

İNSTRUKTORLAR

Aynur Xankisiyeva – Brandup agentliyinin rəqəmsal marketinq söbəsinin rəhbəridir.

Google üzrə rəsmi sertifikatlı mütəxəssisdir. Son illərdə Samsung, Hyundai, Lactalis, STP və s. kimi yerli və qlobal brendlərlə çalısıb.

 

Elməddin Yusifli – Brandup agentliyində veb layihələr üzrə mütəxəssisdir.

 

Nəzərdə tutulan istirakçı sayı: 8-12 nəfər.

Kursu bitirən şəxslər bitirdikləri barədə sertifikatla təmin olunacaqlar.

SMM 300 AZN
GOOGLE 150 AZN
SEO 150 AZN

 

 ÖDƏNİŞ

12 – 15 dərs
21 – 25 saat
Çərsənbə 19:00 – 21:00
Sənbə 15:00 – 17:00

ENDIRIM
2 mövzu birlikdə 10%
3 mövzu birlikdə 15%
Tələbələr üçün 20%

Əlaqə: (+994 12) 464 75 52; (+944 50) 873 79 89 Ünvan: Koroglu Rəhimov 3A (Təbriz küçəsi ilə kəsismə) , Dillər Universitetinin II korpusunun arxası